ABŞ gəmisi bu bölgəyə girdi, Çin qəzəbləndi: İşğaldır
Bizi izləyin

ABŞ

ABŞ gəmisi bu bölgəyə girdi, Çin qəzəbləndi: İşğaldır

"ABŞ-a məxsus "USS Giffords" hərbi gəmisi icazəsiz Çin ərazi sularına daxil olub".

Publika.az xəbər verir ki, bu barədə Çin ordusundan verilən rəsmi açıqlamada qeyd olunub.

Polkovnik Tian Jun bunu işğal adlandırıb, bildirib ki, “USS Giffords” sahil döyüş gəmisi dekabrın 4-də Çin hökumətinin icazəsi olmadan dəniz sərhədini qanunsuz pozub. Çin Xalq Azadlıq Ordusunun Cənub Komandanlığının mütəşəkkil dəniz birləşmələri bütün proses boyu keşik çəkiblər. ABŞ Cənubi Çin dənizində vəziyyəti qəsdən pozub, Çinin suverenliyini və təhlükəsizliyini ciddi şəkildə təhlükəyə atıb, regional sülh və sabitliyə ciddi zərbə vurub.

Bu vəziyyət ABŞ-nin Cənubi Çin dənizində sülh və sabitliyə ən böyük təhlükə olduğunu tam şəkildə ortaya qoyur. Çin Cənubi Çin dənizi adaları və ona bitişik sular üzərində mübahisəsiz suverenliyə malikdir. Qoşunlar Cənubi Çin dənizi regionunda milli suverenliyi, təhlükəsizliyi, sülhü və sabitliyi qətiyyətlə qorumaq üçün daim hazır vəziyyətdədirlər",- deyə açıqlamada bildirilib.

ABŞ gəmisinin daxil olduğu bölgə Spratli adaları kimi tanınır və Cənubi Çin dənizində yerləşir. Vyetnam, Çin və Tayvan bu bölgəyə iddialıdır.

Nəzrin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm