ABŞ
İlk şəxsi kosmik gəmi Aya eniş etdi

"SpaceX" tərəfindən istehsal edilən "Falcon 9" raketi ilə kosmosa göndərilən “Odysseus” adlı kosmik gəmi Aya eniş edib.
Publika.az xəbər verir ki, kosmik gəmi bu enişi ABŞ-ın “Intuitive Machines” şirkətinin “IM-1” missiyası çərçivəsində edib.
Şirkətin uçuş direktoru Tim Crain "Nova-C"nin Ay səthinə enməsindən təxminən 15 dəqiqə sonra kosmik gəmidən ilk siqnalın alındığını bildirib: "Əmin olduğumuz şey avadanlıqlarımızın Ay səthində olması və əlaqə saxladığımızdır”.
"Nova-C" Aya enən ilk şəxsi kosmik gəmi olaraq qeyd edilib.
İlk Aya eniş cəhdi olan IM-1 missiyası çərçivəsində NASA-nın "Commercial Lunar Fayload Services" (CLPS) proqramı üçün Intuitive Machines"in Ay səthinə elmi və texnoloji faydalı yüklər daşıdığı açıqlanıb.
2013-cü ildə əsası qoyulan və baş ofisi ABŞ-ın Texas ştatında yerləşən "Intuitive Machines" ictimai şirkət kimi fəaliyyət göstərir. Məlumdur ki, şirkət CLPS proqramı çərçivəsində Ay səthinə yük daşımaq üçün NASA ilə 3 müqavilə imzalayıb.
Roza

-
İnanc19:48
Ramazanın 22-ci günü: Dua, imsak və iftar vaxtı
-
Qoroskop19:00
Aprelin bu günlərində bütün vacib iş və məclisləri təxirə salın - XƏBƏRDARLIQ
-
İdman18:48
Haaland 4 milyona unikal avtomobil aldı: Ondan yaxşısı yoxdur - FOTO
-
Cənubi Qafqaz17:45
Paşinyanın Türkiyə planı: Bu yolla sərhədin açıq qalmasına çalışacaq
-
Sağlamlıq16:45
Narkoloqdan xəbərdarlıq: Siqaret tüstüsünün tərkibində...
-
Region15:31
İranın ali dini liderindən ABŞ-a "ağır şillə"...
-
Nida Xəbər 14:40
Putin İlham Əliyevi təbrik etdi
-
Sosial13:53
Anası həmin körpədən imtina etdi - Rəsmi