Trampın sosial şəbəkəsinin qiyməti 9 milyard oldu: Bir gündə
Bizi izləyin

ABŞ

Trampın sosial şəbəkəsinin qiyməti 9 milyard oldu: Bir gündə

NASDAQ birjasının bağlanışına yaxın “Truth” sosial şəbəkəsinin sahibi Donald Trampın “Trump Media & Technology” şirkətinin kapitallaşması 9 milyard dollara çatıb.

Publika.az xəbər verir ki, bu barədə DW məlumat yayıb.

“Reuters” “Great Hill Capital” analitiki Tomas Hayesdən sitat gətirib: “Bu, biznes perspektivlərinin göstəricisi kimi deyil, Tramp tərəfdarları arasında həvəs əlaməti kimi qəbul edilməlidir”.

Vaşinqtonda Kapitoliyə hücumdan sonra Tramp əsas sosial şəbəkələrdə bloklandı. Bundan sonra o, böyük texnologiya şirkətlərinin “tiranlığına” qarşı öz platformasını yaratdığını elan etdi. Tramp “Truth Social”ı “Facebook”, “X” və "YouTube"a alternativ kimi təqdim edib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm