ABŞ
Trampın bu "biznesi" tutmadı: ABŞ İncil satışına görə ayağa qalxdı
ABŞ-ın keçmiş prezidenti Donald Trampın sosial media hesablarında xristianların dini kitabı olan İncil satması ilə bağlı məlumat vermişdik.
Publika.az xəbər verir ki, Trampın bu addımı amerikalıların tənqidinə səbəb olub. O, dindən istifadə etməkdə günahlandırılıb.
Sosial media istifadəçiləri noyabrda keçiriləcək seçkilərdə ABŞ prezidenti Co Baydenə rəqib olacaq Trampın İncil satışını “təhrif” və “müqəddəs mətnə hörmətsizlik” kimi qiymətləndiriblər.
Müəllif və tarixçi Cemar Tisbi Amerikanın Müstəqillik Bəyannaməsi, Sədaqət andı və ABŞ Konstitusiyasının İncildə yer almasının qəbuledilməz olduğunu deyib: “Müqəddəs Kitaba bu əlavələrin edilməsi dövlət və qanun pozuntusudur”.
“Washington Post” qəzetində dərc olunan təhlildə Trampın “fürsətçi davranaraq” və İncil satmaqla böyük səhvə yol verdiyi irəli sürülüb. “Trampa inananlar bu İncilləri alıb oxusalar, dərin qüsurlu siyasi qəhrəmanlarından imtina etmək üçün saysız-hesabsız səbəblər tapa bilərlər”, - təhlildə deyilir.
Aysel Şahmar
-
İdman11:54
"Neftçi" Samir Abasova görə "Sumqayıt"a nə qədər pul ödəyib? - DETALLAR
-
Sosial11:42
Uşağı olmayanlardan vergi tutula bilər: Ombudsman məsələyə qarışdı
-
ABŞ11:00
Onlar Rusiya və Çindən də təhlükəlidir - Trampdan şok ittiham
-
MDB10:24
Kerç körpüsünü partladanlar beynəlxalq axtarışa verildi
-
Region09:48
Ermənistan ordusunda xaos: Hazırda neçə əsgər intihar haqda düşünür?
-
Magazin109:12
Bakıda hər kəsi heyran edən maşının sahibi görün kim imiş - FOTO
-
Sosial08:00
Laçın bir ailəlik kəndi kimsəsiz qoyacaq - VİDEO
-
Ekologiya07:17
Bakıda yağış yağacaq, külək əsəcək - PROQNOZ