İran gərginlik yaratdı, Bayden təhlükəsizlik komandası ilə iqamətgahı TƏRK ETDİ
Bizi izləyin

ABŞ

İran gərginlik yaratdı, Bayden təhlükəsizlik komandası ilə iqamətgahı TƏRK ETDİ

ABŞ Prezidenti Co Bayden Yaxın Şərqdə baş verən hadisələrə görə istirahət gününü yarımçıq qoyub.

Bu barədə Publika.az xarici KİV-ə istinadla xəbər verir.

Bildirilir ki, siyasətçi milli təhlükəsizlik komandası ilə birlikdə iqamətgahı tərk edib.

Bundan əvvəl İran Hörmüz boğazında "MSC Aries" yük gəmisinin ələ keçirildiyini təsdiqləyib .

Qaçırılan konteyner gəmisi hazırda İranın ərazi sularına doğru gedir. Agentliyin məlumatına görə, gəmi Portuqaliya bayrağı altında üzüb və onun sahibi İsrailin "Zodiac Maritime" şirkətinin rəhbəri Eyal Oferindir.

Hücum İsrailin Dəməşqdəki konsulluğuna hücumuna görə İranın qisası kimi təsvir edilib, bundan sonra İran prezidenti İbrahim Rəisi cavab olaraq İsrailə hücum edəcəyinə söz verib .

Güman edilir ki, İran gələcəkdə İsraillə əlaqəli hədəflərə qarşı daha çox hücumlar təşkil edə bilər .

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm