ABŞ
ABŞ-da səfərdə olan Abdullahiana məhdudiyyət tətbiq edildi - Bunu edə bilməyəcək

Vaşinqton İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian üçün məhdudiyyətlər tətbiq edib. Bu məhdudiyyətlər Nyu-Yorkda olarkən ona şamil olunacaq.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.
“ABŞ İranın xarici işlər nazirinin nümayəndə heyətinə əlavə səyahət məhdudiyyətləri qoyub”, - Vedant Patel qeyd edib.
Patel hansı məhdudiyyətlərdən danışdığına aydınlıq gətirib. Onun sözlərinə görə, Abdullahian və onun nümayəndə heyəti üç nöqtədən iki blokdan irəli gedə bilməyəcək:
BMT-nin qərargahı;
İslam Respublikasının təşkilat yanında daimi nümayəndəliyi;
Daimi nümayəndənin yaşayış yeri.
Bundan əvvəl oxşar məhdudiyyətlər İranın əvvəlki naziri Məhəmməd Cavad Zərif üçün də tətbiq edilmişdi. 2019-cu ildə bu diplomat Amerikanın sanksiyalar siyahısına daxil edilib.
İran Xarici İşlər Nazirliyinin rəhbəri bir gün əvvəl Nyu-Yorka gedib. Onun səfər proqramının əsas məqamı Abdullahianın çıxış edəcəyi Təhlükəsizlik Şurasının Fələstin üzrə iclasında iştirak etməkdir. Bundan əlavə, onun BMT-nin baş katibi və İƏT ölkələrinin səfirləri ilə danışıqları planlaşdırılır. Nazir həmçinin bir sıra ikitərəfli görüşlər keçirəcək.
Akqabay

-
Sosial21:12
İmicini necə dəyişdisə, illərlə axtarıldı - FOTO
-
MDB21:00
Azərbaycan diasporunun lideri Rusiyada SAXLANILDI
-
Hadisə20:40
Cəlilabadda baş verən yanğın məhdudlaşdırıldı - YENİLƏNDİ
-
Dünya19:48
Uzun çənəsi ilə dünyanı "fəth etdi" - FOTO
-
İdman19:00
Qvardiolanın komandasına yeni məşqçi qoşuldu - Görün kimdir
-
Magazin118:36
Emin Türkiyəni helikopterlə izlədi - VİDEO
-
Region17:55
Erməni konyakı Rusiya bazarlarından yığışdırılır: Tərkibində görün nə çıxıb
-
MDB16:42
Moskva su altında qaldı - FOTO/VİDEO