67 yaşlı pedofil iki uşaqla görüşmək üçün otelə gəldi: Onu otaqda kimlər gözləyirdi?
Bizi izləyin

ABŞ

67 yaşlı pedofil iki uşaqla görüşmək üçün otelə gəldi: Onu otaqda kimlər gözləyirdi?

ABŞ-da polis iki uşaqla görüşmək üçün otelə gələn pedofil şübhəlisinə qarşı əməliyyat keçirib. Şübhəlinin gəldiyi otel otağında gözləyən polis, o, silahını çıxardığı zaman atəş açıb. Polisin verdiyi açıqlamada şübhəlinin öldürüldüyü bildirilib.

Publika.az xəbər verir ki, Vaşinqton Ştatının Uşaqlara Qarşı İnternet Cinayətləri İşçi Qrupu və Seattle Polisi (SPD) bir oteldə 7 və 11 yaşlı iki qızla tanış olacağına dair kəşfiyyat məlumatı olan 67 yaşlı kişiyə qarşı əməliyyat keçirib.

SPD şefi Adrian Diaz əməliyyat çərçivəsində açıqlama verib. O, uşaqlara qarşı internet cinayətlərinin 2022-ci ildən 2023-cü ilə qədər yüzdə 76 faiz artdığını da qeyd edib.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm