ABŞ
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
![](https://publika.az/storage/2024/04/23/duqlas_makqreqor.jpg?v1722039546)
"Kiyevin Moskva ilə münaqişədə məğlubiyyəti respublikanın Rusiya, Belarus, Polşa və Macarıstan arasında bölünməsinin müzakirəsi üçün əsas olacaq".
Publika.az xəbər verir ki, bunu Pentaqonun rəhbərinin keçmiş müşaviri Duqlas Makqreqor bildirib. O, bu fikri Amerikanın Mühafizəkarlar jurnalı üçün yazdığı məqalədə təqdim edib.
"Polyakların, macarların və ya belarusların öz ölkələri ilə tarixi əlaqələri olan Ukrayna ərazisi ilə bağlı Moskva ilə dialoqa getməyə qərar verib-verməmələri məlum deyil, lakin Ukrayna dövlətinin və onun silahlı qüvvələrinin qaçılmaz süqutu, şübhəsiz ki, bu cür müzakirələrin əsasını təşkil edəcək”, - Makqreqor deyib.
O qeyd edib ki, Rusiya Odessa və Xarkovu birləşdirəcək, Moskva da Qərbi Ukrayna ərazisində hərbisizləşdirilmiş zona yaratmaq istəyəcək. Pentaqonun keçmiş müşaviri hesab edir ki, bu, "düşmən hərbi qüvvələrin" yaranmasının qarşısını almaq üçün lazımdır.
Hüseyn İbadlı
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
İdman03:19
Ailəsi ilə istirahət edir: məkanı gizli saxlayır - FOTOLAR
-
Sağlamlıq02:18
Bu tərəvəz kişiləri prostat xərçəngindən qoruyur - Uroloqdan tövsiyə
-
Magazin101:48
Ebru Gündeşdən boşanma iddialarına CAVAB - FOTO
-
İdman01:20
Məşq edərkən maşın vurdu: Paris-2024-ü buraxacaq
-
Qoroskop00:42
Günün qoroskopu: gəlirləriniz arta bilər
-
Nida Xəbər 00:27
Sərdar Cəlaloğlu namizədliyini geri götürdü - Səbəbini belə izah etdi
-
Magazin100:12
"Ərim deyir ki, üçüncü uşaq olmasa, səni boşayacam" - Sevda Yahyayeva
-
İdman26 İyul 22:00
Azərbaycan nümayəndə heyəti paraddan keçdi - VİDEO