Blinken Rusiyanı Çində müzakirə edəcək
Bizi izləyin

ABŞ

Blinken Rusiyanı Çində müzakirə edəcək

ABŞ Dövlət katibi Antoni Blinken “açıq” danışıqlar üçün bu gün Çinə gedir. Gündəmə Çinin Rusiya hərbi sənaye kompleksinə dəstəyi, ABŞ-a fentanilin qeyri-qanuni tədarükü, Yaxın Şərq və Tayvan boğazındakı vəziyyət daxildir.

Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” xəbər verir.

Dövlət Departamenti vurğulayıb ki, səfər zamanı Blinken Pekinin Rusiya Federasiyasının hərbi-sənaye bazasına dəstəyi ilə bağlı Amerika tərəfinin narahatlığını ifadə edəcək. ABŞ Dövlət katibi həmçinin Yaxın Şərq, Hind və Sakit Okeanlardakı, eləcə də Myanmadakı vəziyyəti də müzakirə edəcək .

Ağ Ev nümayəndəsi əlavə edib ki, Amerika tərəfi Çinlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə əməkdaşlığın təşviqini də müzakirə etmək niyyətindədir.

Blinkenin səfəri aprelin 26-da başa çatacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm