ABŞ
Blinken: "Azərbaycanla ikitərəfli əlaqələri gücləndirmək niyyətindəyik"
Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında ABŞ ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin gücləndirilməsi üçün ölkəsinin niyyətini ifadə edərək enerji, iqlim, nəqliyyat, COP29 sahələrində əməkdaşlıq məsələlərini qeyd edib. Dövlətimizin başçısı da öz növbəsində Azərbaycanın ABŞ ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb.
Publika.az xəbər verir ki, telefon söhbəti zamanı COP29 çərçivəsində Azərbaycan və ABŞ nümayəndə heyətləri arasında əməkdaşlıqdan məmnunluq ifadə olunub.
Antoni Blinken son zamanlarda Azərbaycanda insan haqları ilə bağlı atılmış addımları müsbət qiymətləndirərək, bunun davamlı olması ilə əlaqədar arzusunu ifadə edib.
Prezident İlham Əliyev Azərbaycanın insan hüquqları sahəsində öhdəliklərinə sadiq olduğunu və ölkəmizdə demokratik islahatların davam etdirildiyini diqqətə çatdırıb.
-
Sağlamlıq17:17
Beyin xərçəngi olan həkim özünü bu üsulla sağaltdı
-
Sosial16:51
Əli Əsədov yeni qərar imzaladı
-
MDB16:21
Putin Patruşevi və Dyumini yanına gətirdi - Kremldə nələr dəyişib?
-
Magazin116:16
Aytən qəzadan sonra ilk dəfə danışdı: Günahsızam - Video
-
İqtisadi gündəm15:04
Bu şəxslərin maaşı artdı
-
İdman14:37
Həm Ronaldo, həm də Balotelli ilə sevgili olan model: Bütün sirləri açdı - FOTOLAR
-
Sosial13:21
“Yaşı 70-i ötmüş bütün deputatları bir yerə yığıb güllələmək lazımdır”
-
Sosial12:41
Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi