MDB
Putin Patruşevi və Dyumini yanına gətirdi - Kremldə nələr dəyişib?
Rusiya prezidenti Vladimir Putin Adminstrasiyada yeni təyinatlarla bağlı sərəncam imzalayıb.
Publika.az xəbər verir ki, Təhlükəsizlik Şurasının katibi postundan azad edilən Nikolay Patruşev, həmçinin, Tula qubernatoru, Putinin keçmiş mühafizəçisi Aleksey Dyumin dövlət başçısının köməkçisi təyin ediliblər.
A.Dyumin Prezident Administrasiyasında hərbi-sənaye kompleks və idman məsələlərinə nəzarət edəcək, həmçinin, Dövlət Şurasında işləyəcək. Patruşev isə gəmiqayırma məsələləri üzrə işləri koordinasiya edəcək.
Bununla yanaşı, Vladimir Medinski, Dmitri Mironov, Yuri Uşakov, Andrey Fursenko və Ruslan Edelgeriyev də prezidentin köməkçiləri təyin olunublar. Larisa Brıçeva prezidentin dövlət və hüquq şöbəsinin müdiri təyin edlib. Dmitri Kalimulin dövlət başçısının arayış idarəsinin rəhbəri, Dmitri Şalkov Kremlin nəzarət departamentinin rəhbəri, Vladislav Kitayev isə protokol rəhbəri olub.
Administrasiyanın rəhbəri Anton Vayno, müavinləri Aleksey Qromov və Sergey Kiriyenko postlarında qalıb. Dmitri Peskov Rusiya prezidentinin mətbuat katibi vəzifəsində saxlanılıb.
Asif
-
Nida Xəbər 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı













.webp)








.jpg)














