İran hökuməti bizdən kömək istədi, amma... - ABŞ-dan etiraf
Bizi izləyin

ABŞ

İran hökuməti bizdən kömək istədi, amma... - ABŞ-dan etiraf

İran hökuməti prezident İbrahim Rəisinin qəzaya uğrayan helikopterinin axtarışı ilə bağlı ABŞ-dan kömək istəyib.

Publika.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə deyib.

O, yardım göstərə bilmədiklərini etiraf edib:

"İran hökuməti bizdən kömək istədi və biz onlara açıq şəkildə bildirdik ki, belə bir vəziyyətdə xarici hökumətin istənilən müraciətinə cavab olaraq yardım təklif edəcəyik. Mən təfərrüatlara varmayacağam. Əsasən maddi-texniki səbəblərə görə yardım göstərə bilmədik”.

Metyu Miller qəza ilə bağlı rəsmi başsağlığı da verib.

Xatırladaq ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində helikopterdə olan hər kəs həlak olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm