Dünya
Türkiyə bu ölkə üçün viza rejimini asanlaşdırdı - Yeni qayda
Rumıniyanın baş naziri Marsel Çiolaku bu gün Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qonağı olacaq.
Publika.az xəbər verir ki, Ərdoğan Çiolakunu Prezident Sarayında rəsmi mərasimlə qarşılayacaq.
İkitərəfli və nümayəndə heyətləri arası görüşlərdən sonra Rumıniya Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının birinci iclası keçiriləcək. Daha sonra müqavilələr üçün imzalanma mərasimi baş tutacaq və iki lider birgə mətbuat konfransı keçirəcək.
Səfərdən əvvəl Rumıniya vətəndaşları üçün viza rahatlığı tətbiq edilib. Prezidentin fərmanı “Rəsmi Qəzet”də dərc olunduqdan sonra qərar qüvvəyə minib. "Qanunun 18-ci maddəsinə uyğun olaraq, Rumıniya şəxsiyyət vəsiqəsi sahibi olan vətəndaşlara hər 180 gün ərzində maksimum 90 gün qalma müddəti ilə Türkiyəyə turistik səfərləri və tranzit biletləri üçün vizadan azad edilməsi qərara alınıb. Qərar 6458 saylı “Əcnəbilər və beynəlxalq müdafiə haqqında” qanunun 18-ci maddəsinə əsasən verilib", - fərmanda qeyd olunub.
Roza Şəfiyeva
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO