ABŞ senatorlarından şok hədə: Netanyahunun həbsinə order versəniz...
Bizi izləyin

ABŞ

ABŞ senatorlarından şok hədə: Netanyahunun həbsinə order versəniz...

İsrailin baş naziri Binyamin Netanyahu və digər İsrail hökumət rəsmiləri haqqında həbs qərarı çıxaracağı şayiələri ilə gündəmə gələn 12 amerikalı senatorun Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) yazdığı məktub üzə çıxıb.

Publika.az xəbər verir ki, məktubda məhkəmə rəsmilərinə açıq təhdidlər var. Senatorlar BCM-ə məktub göndərərək, məhkəməni və onun əməkdaşlarını sanksiyalarla hədələyiblər.

Məhkəmənin apardığı istintaqın müttəfiqlərə qarşı siyasi hücum olduğunu iddia edən ABŞ Konqresinin üzvləri, hesabatda nəzərdə tutulan addımlar atılacağı təqdirdə, hətta məhkəmə üzvlərinin ailələrinə də zərər verəcəklərini bildiriblər:

“Əgər hesabatda qeyd olunan tədbirləri görsəniz, Amerikanın BCM-yə bütün dəstəyini dayandıracağıq. İşçilərinizə və tərəfdaşlarınıza sanksiya tətbiq edəcəyik. Sizin və ailənizin Birləşmiş Ştatlara girişini qadağan edəcəyik”.

Məhkəmənin Netanyahu haqqında həbs qərarı çıxarması xəbərinin mətbuatda yer almasından sonra məsələyə münasibət bildirən Ağ Ev istintaqı dəstəkləmədiklərini bildirib. İddia edilib ki, BCM-nin İsrail və Netanyahunu mühakimə etmək səlahiyyəti yoxdur.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm