Qərb öz kartlarını ortaya qoydu: Rusiyaya qarşı sanksiyaların əsl məqsədi...
Bizi izləyin

ABŞ

Qərb öz kartlarını ortaya qoydu: Rusiyaya qarşı sanksiyaların əsl məqsədi...

ABŞ döyüşkən ritorikasının əksinə olaraq, daha çox Rusiya malları almağa başlayıb və hətta bir sıra sənaye sahələrinə qoyulan məhdudiyyətləri aradan qaldırıb.

Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” yazır.

“Əvvəllər ABŞ Rusiyaya qarşı bir çox sanksiyalar, o cümlədən neftin işlənməsi üçün yüksək texnologiyalı avadanlıqların tədarükünə qadağa qoyub. Qadağan olunmuş malların siyahısı durmadan artır və uran embarqosu avqustun 12-dən qüvvəyə minir. Lakin belə çıxır ki, Vaşinqtonun mövqeyini radikal adlandırmaq olmaz. Mart ayında qarşılıqlı ticarət dövriyyəsi 471 milyon dollar təşkil edib, - nəşr “WorldCity” tədqiqat şirkətinin təhlilinə istinadən qeyd edib.

Bundan əlavə, gübrə, platin, turboreaktiv mühərrik hissələri, titan və kobalt idxalı kəskin artıb. Bu metallara tələbatın artması onların smartfonlar və elektromobillər üçün akkumulyatorların istehsalında istifadəsi ilə bağlıdır.

Bildirilib ki, ixrac baxımından əsas məhsullar dərman vasitələri, xüsusilə də peyvəndlərdir ki, onların tədarükü iki dəfə artaraq 11,4 milyon dollar təşkil edib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm