ABŞ
Trampın bu paylaşımı səs-küyə səbəb oldu: silmək məcburiyyətində qaldı
Tramp “Truth Social” sosial media hesabında 2024-cü il ABŞ prezident seçkilərinin qalibi özü olmuş kimi hazırlanan video paylaşıb.
Publika.az xəbər verir ki, videoda istifadə edilən bəzi ifadələr reaksiyaya səbəb olduğundan Tramp 19 saat sonra paylaşımını silməli olub.
Videoda vahid müqəddəs imperiya mənasını verən “Birləşmiş Reyx” ifadəsinin nasist Almaniyasını yamsılaması ilə bağlı şərhlər edilib. Eyni zamanda videodakı ifadələr nasist lideri Adolf Hitlerin “Mein Kampf” kitabındakı “irqçi və antisemitizm” ifadələrinə bənzədilib.

Paylaşımda “Donald Tramp qalib gəldikdən sonra ABŞ-da nələr olacaq?”, “Birləşmiş Reyxlə sənaye gücü əhəmiyyətli dərəcədə artacaq” başlıqları və 15 milyon qeyri-qanuni immiqrantın deportasiya ediləcəyi ilə bağlı açıqlamalar yer alıb. Bu açıqlamalar Demokrat Partiyasının üzvləri tərəfindən tənqid edilib.
Trampın seçki kampaniyasının sözçüsü Karoline Leavitt ABŞ mətbuatına açıqlama verib: "Bu, kampaniya videosu deyildi, internetdə təsadüfi bir hesab tərəfindən yaradılıb. Bu, Trampın məhkəmədə olduğu müddətdə bu sözü aydın görə bilməyən bir heyət üzvü tərəfindən paylaşılıb”.
Roza Şəfiyeva
-
İnanc05:45Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə! - Artıq bu da tələb olunacaq
-
Avropa02:19Almaniyada Milad bazarı açılmayacaq - Terror təhlükəsi var
-
Qoroskop01:40Günün ulduz falı: Yeni tanışlıqlar üçün uyğun vaxtdır
-
Sosial12 Noyabr 23:55Adnan Əhmədzadənin həyat yoldaşı Azərbaycanı TƏRK ETDİ
-
Region12 Noyabr 22:58Qəzaya uğrayan hərbi təyyarənin qara qutusu Türkiyəyə gətirildi
-
Magazin212 Noyabr 20:48Muazzez Abacı doğum günündə VƏFAT ETDİ
-
Hadisə12 Noyabr 19:30Şəmkirdə də yanacaqdoldurma məntəqəsində yanğın baş verdi - Video
-
Nəqliyyat12 Noyabr 18:30Bakıda axşam tıxacı: Bu yollar keçilməz oldu












.jpg)
.jpg)




.jpg)



.png)











.jpg)

.jpg)
