ABŞ İrana təzyiqi artıracaq
Bizi izləyin

ABŞ

ABŞ İrana təzyiqi artıracaq

ABŞ İran neftinin ixracının qarşısını almaq üçün Tehrana təzyiqləri artırmaq niyyətindədir.

Publika.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.

"Biz neft ixracını pozmaq üçün gündən-günə işləyirik. Əvvəldə qeyd etdim ki, 200-dən çox şirkət və fiziki şəxsə sanksiyalar tətbiq etmişik, 50-dən çox gəmini bloklamışdıq və digər tankerləri müəyyənləşdirməyə davam edirik", - o bildirib.

Blinken ABŞ-ın İran neftinin ixracı ilə məşğul olan tankerlərin qeydiyyatdan çıxarılması üçün tədbirlər görmək niyyətində olduğunu da vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm