Blinkendən Ukrayna ilə bağlı ikibaşlı açıqlama: Həm “icazə vermirik” deyir, həm də...
Bizi izləyin

ABŞ

Blinkendən Ukrayna ilə bağlı ikibaşlı açıqlama: Həm “icazə vermirik” deyir, həm də...

ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, Vaşinqton Ukraynanın Rusiya ərazisinin dərinliklərinə doğru hücumlarını dəstəkləmir.

Publika.az xəbər verir ki, Blinken bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının dinləmələrində deyib.

"Ukrayna hüdudlarından kənarda hücumları dəstəkləmək və buna imkan vermək - bizim etdiyimiz iş bu deyil. Lakin Ukrayna öz qərarını verməli olacaq və verəcək. Və mən əmin olmaq istəyirəm ki, onlarda lazım olan avadanlıq var", - Blinken deyib.

Bundan əvvəl Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Mayk Törnerin başçılıq etdiyi bir qrup amerikalı konqresmen ABŞ-ın müdafiə naziri Lloyd Ostini Ukraynaya Vaşinqton tərəfindən ötürülən silahlardan “müəyyən şəraitdə Rusiya ərazisindəki strateji hədəflərə zərbə endirmək” üçün istifadə etməyə icazə verməyə çağırıb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm