ABŞ bu ölkəni əsas müttəfiqi elan etdi
Bizi izləyin

ABŞ

ABŞ bu ölkəni əsas müttəfiqi elan etdi

ABŞ prezidenti Co Bayden Konqresə Keniyanı NATO-dan kənar ABŞ-ın əsas müttəfiqi kimi təyin etmək niyyətində olduğunu bildirib.

Publika.az xəbər verir ki, bu barədə Ağ Ev Keniya Prezidenti Uilyam Rutonun səfəri ilə bağlı mətbuata açıqlamasında məlumat yayıb.

Birləşmiş Ştatlar bu statusu ABŞ hərbi və mülki müdafiə rəsmiləri ilə yaxın və strateji iş əlaqələri olan ölkələrə verir.

"Birləşmiş Ştatlar Keniyanın qlobal sülh və təhlükəsizliyə verdiyi töhfələrə dərin hörmət bəsləyir. İlk dəfədir ki, Sahara-altı Afrika ölkəsinə NATO-dan kənarda əsas müttəfiq statusu verilir", - məlumatda deyilir.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm