ABŞ Beynəlxalq Məhkəməni təhdid etdi: Onların həbsinə order versəniz...
Bizi izləyin

ABŞ

ABŞ Beynəlxalq Məhkəməni təhdid etdi: Onların həbsinə order versəniz...

ABŞ Senatının konqresmenləri İsrailin baş naziri Binyamin Netanyahu və İsrailin müdafiə naziri Yoav Qalantın həbsinə order veriləcəyi təqdirdə, Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) bir sıra əməkdaşlarına qarşı sanksiyaların tətbiqi mexanizmini müzakirə edəcəklər.

Publika.az xəbər verir ki, bu barədə “Fox News” (FN) məlumat yayıb.

Qeyd olunur ki, senatorlar “ABŞ-ın maraqlarını təhdid edən və müttəfiqlərini zəiflədən səlahiyyətlərdən sui-istifadə” ilə bağlı prezident Co Baydenə BCM-nin bir sıra əməkdaşlarına Amerika vizalarını almağı qadağan etməyi, habelə maliyyə sanksiyaları tətbiq etməyi təklif ediblər.

Eyni zamanda, amerikalı qanunvericilər ümid etdiklərini bildiriblər ki, onların tədbirləri Netanyahu ətrafında “siyasi prosesləri” dayandırmaq üçün BCM-yə təsir göstərəcək.

Bundan əvvəl İsrailin keçmiş baş naziri Naftali Bennett BCM-nin ləğvinə çağırıb. Onun sözlərinə görə, məhkəmə Netanyahu və Qalantı terrorçularla eyniləşdirən İsrailin düşmənləri üçün siyasi alət rolunu oynayır.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm