ABŞ
Bu ölkədə marixuana istehlakı alkoqolu üstələdi

2022-ci ildə ABŞ-da marixuana istehlakı 40 ildən sonra ilk dəfə olaraq spirt istehlakını üstələyib.
Publika.az xəbər verir ki, bu barədə Amerika Karnegi Mellon Universitetinin professoru Conatan Kolkinsin tədqiqatının nəticələrinə istinadən "Associated Press" məlumat yayıb.
Ekspert 1979-2022-ci illərdə ABŞ sakinləri arasında 1,6 milyondan çox insanın iştirak etdiyi 27 milli sorğunun məlumatlarını sistemləşdirib. Nəticələr 2022-ci ildə 17,7 milyon amerikalının gündəlik və ya demək olar ki, hər gün marixuanadan istifadə etdiyini, 14,7 milyon insanın isə eyni tezlikdə spirt istifadəçisi olduğunu üzə çıxarıb.
Bildirilib ki, bu dinamika məlumatların toplanmasına başlanandan 40 il sonra ilk dəfə müşahidə olunub. Agentlik bunu marixuananın ABŞ-ın əksər ştatlarında istifadə üçün əlçatan olması ilə əlaqələndirir.
ABŞ-da marixuananın istifadəsi federal səviyyədə qadağandır, lakin müxtəlif ştatlar bu sahədə qanunvericiliyi müstəqil şəkildə tənzimləyə bilir. Bir sıra ştatlarda və Kolumbiya dairəsində marixuananın əyləncə məqsədilə istifadəsi qanuniləşdirilib. 30-dan çox əlavə ştatda tibbi məqsədlər üçün marixuananı satmaq cinayət hesab edilmir.
Cəmilə

-
Nida Xəbər 09:36
Ermənilər Vardanyana görə Trampın kürəkəninə ağız açdılar: Paşinyan rədd cavabı verdi
-
Sağlamlıq09:24
Bu tarixdə xərçəng ölümcül xəstəlik sayılmayacaq - Professor şad xəbəri çatdırdı
-
Hadisə08:55
Azərbaycanda zəlzələ oldu
-
Nəqliyyat08:24
Bakının bu yollarında tıxac var - Siyahı
-
İKT07:35
İşdə süni intellektdən istifadə edənləri gözləyən TƏHLÜKƏ
-
Sağlamlıq05:45
Bu iki tərəvəz demensiyanın qarşısını alır - Professor açıqladı
-
ABŞ03:47
Trampın süni intellektlə bağlı planları üzə çıxdı - 70 milyard dollar ayıracaq
-
Qoroskop01:40
Günün ulduz falı: Yeni fürsətlər doğur