ABŞ-da qasırğa nəticəsində azı 15 nəfər öldü - FOTO
Bizi izləyin

ABŞ

ABŞ-da qasırğa nəticəsində azı 15 nəfər öldü - FOTO

ABŞ-ın mərkəzi ştatlarında baş vermiş qasırğa nəticəsində azı 15 nəfər ölüb.

Publika.az xəbbər verir ki, Texas, Oklahoma və Arkanzas ştatlarında baş vermiş güclü külək evləri dağıdıb, avtomobilləri aşırdıb, magistral yollar bağlanıb. Qasırğa nəticəsində xəsarət alanlar helikopterlər vasitəsilə xəstəxanalara çatdırılıb. İnsanlar sığınacaqlara yerləşdirilib. On minlərlə sakin elektriksiz qalıb.

Qeyd edək ki, bu həftə Ayova ştatında baş verən qasırğa azı 5 nəfərin ölümünə, onlarla insanın yaralanmasına səbəb olub.

Meteoroloqlar şənbə günü gecə və bazar günü səhər saatlarında bölgədə fırtına ehtimalı ilə bağlı əhaliyə xəbərdarlıq etmişdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm