Rusiya ilə böyük müharibə olsun: Ağ Evdə qarşıdurma başladı
Bizi izləyin

ABŞ

Rusiya ilə böyük müharibə olsun: Ağ Evdə qarşıdurma başladı

ABŞ dövlət katibi Entoni Blinken Rusiya Federasiyası ilə münaqişənin genişlənməsindən ehtiyat edən Ağ Ev müşavirləri ilə mübahisə edir.

Publika.az xəbər verir ki, bu barədə Avstraliya Strateji Siyasət İnstitutunun analitiki Malkolm Deyvis CNN telekanalına müsahibəsində bildirib .

“Bayden administrasiyasında münaqişənin (Rusiya ilə) genişlənməsi perspektivindən narahat olan bir qrup var. Dövlət katibi bu qorxulara qarşı çıxış etməyə çalışır”, - Deyvis bildirib.

“Eyni zamanda, Milli Təhlükəsizlik müşaviri Cek Sullivan da prezident Bayden qədər təmkinlidir”, - Deyvis əlavə edib.

Təhlilçinin fikrincə, Vaşinqtondakı daxili münaqişə Kiyevə Rusiya ərazisini Amerika silahları ilə vurmaq üçün icazə almağa imkan vermir.

Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin veteranı ABŞ dövlət katibi Entoni Blinken, dövlət katibinin keçmiş müavini Viktoriya Nuland və digər amerikalı siyasətçilərin böyük müharibə istədiyini bildirib. Ekspert hesab edir ki, dünya nüvə müharibəsinə həmişəkindən daha yaxındır. Lakin onun sözlərinə görə, amerikalı siyasətçilərin əksəriyyəti bunu anlamır.

Keçən həftə “The New York Times” Dövlət Departamentinin Ukrayna Silahlı Qüvvələrinin (AFU) Rusiya ərazisinə zərbələr endirməsi ideyasını təsdiqlədiyini yazıb. Blinken də oxşar təşəbbüslə çıxış edib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm