ABŞ hava limanlarında sərnişin daşıma rekord həddə çatdı
Bizi izləyin

ABŞ

ABŞ hava limanlarında sərnişin daşıma rekord həddə çatdı

ABŞ Nəqliyyat Təhlükəsizliyi İdarəsi (TSA) bir günlük hava yolu sərnişinlərinin sayını açıqlayıb.

Publika.az xəbər verir ki, cümə günü sərnişinlərin sayı 2.95 milyon olub.

Keçən həftə ABŞ-ın əsas hava yollarını təmsil edən bir qrup rekord yay səyahətini proqnozlaşdırıb. Keçən illə müqayisədə 6,3 faiz çox olmaqla 271 milyon sərnişin daşınacağı gözlənilir.

“Airlines for America” isə 255 milyon sərnişin daşıdıqları 2023-cü illə müqayisədə bu yay təxminən 5,6 faiz artımla 26 mindən çox gündəlik uçuş həyata keçirməyi planlaşdırdıqlarını açıqlayıb. Yay səyahət mövsümünün proqnozu 1 iyun - 31 avqust tarixlərini əhatə edir

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm