Mask Zukerberqi yenidən döyüşə çağırdı: İstənilən yerdə və istənilən qaydada...
Bizi izləyin

ABŞ

Mask Zukerberqi yenidən döyüşə çağırdı: İstənilən yerdə və istənilən qaydada...

“SpaceX” və “Tesla”nın baş direktoru İlon Mask “Meta” şirkətinin təsisçisi Mark Zukerberqi yenidən döyüşə çağırıb.

Publika.az xəbər verir ki, Mask istənilən vaxt və istənilən şəraitdə Zukerberqlə döyüşməyə hazır olduğunu bəyan edib.

Qeyd edək ki, milyarderin bununla bağlı videosunu “Fox News”un jurnalisti Kelli Fares yayımlayıb. İş adamı jurnalistə “Mən Zukerberqlə istənilən yerdə, istənilən vaxt və istənilən qaydada döyüşərdim”, - deyə bildirib.

Mark Zukerberq is öz növbəsində “Threads” sosial şəbəkəsində "Həqiqətən bunu yenidən edirik?" cavabını verib.

Xatırladaq ki, keçən il Mask Zukerberqi duelə çağırmışdı, o, razılaşsa da görüş baş tutmadı. İki milyarder arasında qarşıdurma Zukerberqin Maskın “Twitter” sosial şəbəkəsini satın almasından qısa müddət sonra bu platformanın “Threads” adlı analoqunun yaradıldığını elan etməsindən sonra başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm