İlon Mask Marsa ilk uçuşların vaxtını açıqladı
Bizi izləyin

ABŞ

İlon Mask Marsa ilk uçuşların vaxtını açıqladı

“Starship” kosmik gəmisinin Marsa ilk pilotsuz uçuşu iki ildən sonra, insanlı uçuşu isə dörd ildən sonra planlaşdırılır.

Publika.az xəbər verir ki, bu sözləri "X" sosial şəbəkəsindəki səhifəsində amerikalı sahibkar, "SpaceX"-in yaradıcısı İlon Mask deyib.

“Bu kosmik gəmilər 2 il sonra Marsa gedəcək... Marsa enişin təhlükəsizliyini yoxlamaq üçün pilotsuz olacaqlar. Əgər eniş uğurlu olarsa, 4 ildən sonra Marsa ilk insanlı uçuşlar planlaşdırılır”, - Mask yazıb.

Onun proqnozuna görə, uçuşların tezliyi eksponent olaraq artacaq. Missiyaların məqsədi təxminən 20 il ərzində Marsda özünü təmin edən şəhər yaratmaqdır.

"SpaceX" uzun məsafəli kosmik səyahətlər üçün "Starship" gəmisini yaradır. Bu gəmi indiyədək dörd sınaq uçuşu həyata keçirib, lakin onlardan yalnız bu ilin iyununda biri uğurla başa çatıb.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm