ABŞ
Kreml yandırılmalıdır: Trampı öldürmək istəyən şəxs görün kimdir - FOTO
Rayan Uesli Routun bu il ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı ikinci sui-qəsd cəhdində şübhəli bilinir.
Publika.az xəbər verir ki, bu barədə “Fox News” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yazır.
“Keçmiş prezident Donald Trampa qarşı ikinci sui-qəsd cəhdində şübhəli bilinən şəxs Rayan Uesli Routdur. O, Trampdan 300-500 metr aralıda idi”, – “Fox News” yazır.
Routun avtomat tüfənglə silahlandığı güman edilir. Tramp qolf oynadıqdan sonra klubdan çıxarkən o, silahın lüləsini hasardan keçirib atəş açmağı bacarıb. Məqalədə deyilir ki, Məxfi Xidmət daha sonra Routu görüb atəş açıb. Rout qaçmağı bacarsa da, sonra həbs olunub.

Onu da əlavə edək ki, Rout 2022-ci ildə “X” platformasında “döyüş meydanında ölməyə” hazır olduğunu və “Kremli yandırmalı olduğunu” bəyan edən onlarla paylaşım edib.
Rout 2022-ci ildə yazıb: “Mən Krakovdan uçmağa və könüllü olaraq Ukrayna sərhədinə getməyə, döyüşüb ölməyə hazıram... Qoy nümunə olum, biz qalib gəlməliyik”.
CNN yazır ki, 2023-cü ildə Rout öz “Facebook” səhifəsindən əcnəbiləri Ukrayna tərəfində müharibədə iştirak etməyə təşviq etmək üçün istifadə edib. O, həmçinin özünü Ukrayna hökumətinin “qeyri-rəsmi vasitəçisi” adlandırıb və Əfqanıstan hərbçilərini Ukrayna uğrunda döyüşməyə çağırıb.
Tural
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ




































