Tramp “Teylor Sviftə nifrət edirəm” dedi və cavabını aldı
Bizi izləyin

ABŞ

Tramp “Teylor Sviftə nifrət edirəm” dedi və cavabını aldı

ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçkidə Demokratlar Partiyasının namizədi Kamala Harrisi dəstəklədiyini açıqlayan məşhur müğənni Taylor Sviftlə bağlı açıqlama verib.

Publika.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

O, paylaşımında “Mən Taylor Sviftə nifrət edirəm” yazıb.

Harrisin kampaniyası isə Trampın yazısına cavab olaraq, Sviftin 28 fərqli mahnısına istinad edərək hazırladıqları açıqlamanı yayımlayıb.

“Amerika xalqı Tramp dövrünün xaos və bölünmə cəngəlliyindən çıxmaq, Trampın yerinə yetirilməmiş vədlərinin boşluğunu geridə qoymaq və Amerikanın gələcək imkanlarının uzunömürlülüyünü təmin etmək üçün vitse-prezident Harrisi seçərək yenidən işə başlamaq istəyir”, - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, Teylor Svift Donald Tramp və Harris arasında keçirilən ilk canlı yayım debatından sonra “İnstaqram” hesabında Kamala Harris və Tim Valza səs verəcəyini açıqlayıb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm