Tokayev və Şoltsun mətbuat konfransı ləğv edildi
Bizi izləyin

Dünya

Tokayev və Şoltsun mətbuat konfransı ləğv edildi

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Almaniyanın Federal Kansleri Olaf Şolts arasında planlaşdırılan birgə mətbuat konfransı gözlənilməz şəkildə ləğv edilib.

Publika.az xəbər verir ki, bu barədə Almaniya KİV-ləri məlumat yayıb.

Bildirilib ki, mətbuat konfransı Astana tərəfinin təşəbbüsü ilə ləğv edilib. Bu qərarın hansı səbəblə verildiyi isə açıqlanmayıb.

Qeyd edək ki, liderlər Astanada iki ölkə arasında enerji, ticarət və investisiya sahələrində qarşılıqlı əlaqələrin gücləndirilməsini müzakirə ediblər. Ölkələr arasında ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş bir sıra sənədlər imzalanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm