Tramp demokratları ələ saldı: Harrisin reytinqi düşsə, Bayden...
Bizi izləyin

ABŞ

Tramp demokratları ələ saldı: Harrisin reytinqi düşsə, Bayden...

Vitse-prezident Kamala Harrisin reytinqi aşağı düşməyə başlayandan sonra demokratlar Co Baydeni yenidən dövlət başçısı vəzifəsinə irəli sürə bilərlər.

Publika.az xəbər verir ki, bu "zarafat"ı ABŞ prezidentliyinə namizəd Donald Tramp "Truth" sosial şəbəkəsində edib.

“Növbəti kimin namizədliyini irəli sürəcəklər? Baydenin geri qayıtması necə, mümkündür?” – Tramp yazıb.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək. Ehtimal edilirdi ki, ABŞ-ın hazırkı prezidenti Co Bayden Demokratlar Partiyası tərəfindən namizəd göstəriləcək. Lakin iyulun 21-də o, yarışdan çıxdığını elan edib və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəkləyib. ABŞ-ın keçmiş prezidenti Donald Tramp isə Respublikaçılar Partiyasından seçkilərdə iştirak edir.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm