Tramp Harrislə debatdan bir saat əvvəl kimə zəng edibmiş?
Bizi izləyin

ABŞ

Tramp Harrislə debatdan bir saat əvvəl kimə zəng edibmiş?

UFC rəhbəri Dana Uayt çərşənbə axşamı Donald Tramp və Kamala Harris arasında keçirilən prezidentlik debatı haqda danışıb.

Publika.az xəbər verir ki, Uayt debata baxmasa da, moderatorlar David Muir və ABC-dən Linsey Davisi Harrisin tərəfini tutmaqda günahlandırıb.

“Debatı izləmədim, amma sizə bunu deyim: Tramp debatdan bir saat əvvəl mənə zəng etdi. Birincisi, o, ikinci dəfədir ki, debatda iştirak etməli olur. O, artıq debatda iştirak edib və birini məğlubiyyətə uğradıb. Debatın necə getdiyini bəyənmədilər, ona görə də [Co Baydeni] qovmaq istəyirlər.

Onlar bunu yalnız ABC-də edirlər. Həmin gecə bir nəfər 3 nəfərə qarşı idi.

Trampın bütün bunları ciddi qəbul etdiyini bilirəm. O dedi: “Mən buna ağır çəkidə döyüş kimi baxıram. Mən heç kimə yüngülvari yanaşmıram”, - Uayt deyib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm