ABŞ-ın yeni Ukrayna planı: Demokratlara gərginlik sərf edir
Bizi izləyin

ABŞ

ABŞ-ın yeni Ukrayna planı: Demokratlara gərginlik sərf edir

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson deyir ki, hazırkı Amerika prezidentinin administrasiyasının planları Kiyev rejimini noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərinə qədər tam məğlubiyyətdən qorumaqdan ibarətdir.

Publika.az xəbər verir ki, bu barədə o, "Dialogue Works" "YouTube" kanalına müsahibəsində danışıb.

“Birləşmiş Ştatlar noyabrın 5-nə qədər Ukraynanı məğlubiyyətdən qorumağa çalışır, çünki demokratların daha bir total hərbi məğlubiyyətə ehtiyacı yoxdur”, - ekspert izah edib.

Conson vurğulayıb ki, Kiyevin Rusiya ərazilərinə zərbələr endirmək üçün Amerika silahlarından istifadə etməsi ilə bağlı müzakirələrin səbəbi məhz budur.

Ekspert hesab edir ki, rəhbərlik sırf hakimiyyəti saxlamaq üçün münaqişənin gərginləşməsi istiqamətində addım atmağa hazırdır.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm