SON DƏQİQƏ: Trampa qarşı növbəti sui-qəsd cəhdi oldu
Bizi izləyin

ABŞ

SON DƏQİQƏ: Trampa qarşı növbəti sui-qəsd cəhdi oldu

ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa qarşı yeni sui-qəsd cəhdi olub

Publika.az xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının respublikaçı üzvü Marcori Teylor-Qrin məlumat verib.

"Prezident Tramp növbəti sui-qəsd cəhdindən sonra sağ-salamatdır. Onu öldürməyə çalışırlar. Onun qalib gəlməsinə mane olmaq üçün hər şeyi edəcəklər", - o, X-də yazıb.

"Reuters" agentliyinin məlumatına görə, ABŞ-ın keçmiş prezidentinin yaşadığı ərazidə atışma baş verib. O, hazırda təhlükəsiz yerdədir.

Hələlik hadisə ilə bağlı digər təfərrüatlar açıqlanmır.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm