Tramp sosial mediada saat satmağa başladı: Qiyməti heyrətləndirdi - FOTO
Bizi izləyin

ABŞ

Tramp sosial mediada saat satmağa başladı: Qiyməti heyrətləndirdi - FOTO

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il prezident seçkiləri kampaniyası çərçivəsində öz adını daşıyan yeni saat seriyasını təqdim edib.

Publika.az xəbər verir ki, Tramp tərəfdarlarına bu saatların yeni il hədiyyəsi olaraq ideal bir seçim olacağını bildirib və satın almaq üçün link paylaşıb.

Saatların əksəriyyəti 499 dollara (850 manat) satılarkən, məhdud sayda olan “Tourbillon” seriyasının qiyməti 100 min dollar (170 min manat) olaraq müəyyən edilib.

Üç fərqli rəngdə təklif olunan bu seriya yalnız 147 ədədlə məhdudlaşacaq.

Qeyd edək ki, Tramp 2024-cü il seçki kampaniyasına başladıqdan sonra adı və imici vasitəsilə milyonlarla dollar gəlir əldə edib. O, həmçinin qızıl ayaqqabılar, İncil seriyası və iki kitab da daxil olmaqla bir neçə yeni məhsul təqdim edib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm