Trampdan Sinvar şərhi: Bu, sülhün əldə olunmasını asanlaşdıracaq
Bizi izləyin

ABŞ

Trampdan Sinvar şərhi: Bu, sülhün əldə olunmasını asanlaşdıracaq

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp HƏMAS lideri Yəhya Sinvarın ölümünün Qəzzada sülhü asanlaşdıracağını iddia edib.

Publika.az xəbər verir ki, Tramp seçki kampaniyası üçün olduğu Miçiqanda ilk dəfə İsrail hücumunda həyatını itirən Sinvardan danışıb.

O, HƏMAS liderinin öldürülməsindən sonra sülhün necə bərqərar olacağı ilə bağlı suala “Düşünürəm ki, daha asan olacaq” cavabını verib.

İsrailin baş naziri Benyamin Netanyahuya “O, yaxşı iş görür" şərhini verən Tramp ABŞ prezidenti Co Baydeni Netanyahunu və İsrail ordusunu dayandırmağa çalışmaqla ittiham edib.

Baydenin bunun tam əksini etməli olduğunu müdafiə edən Tramp tezliklə Netanyahu ilə zəng edib danışmaq istədiyini də bildirib.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm