İqtisadi gündəm
Vətəndaşların nəzərinə: Kreditin verilməsində yenilik
Kredit tarixçəsi subyektlərinin (barəsində kredit tarixçəsi formalaşdırılan fiziki və ya hüquqi şəxsin) kredit tarixçələri ilə bağlı məlumatları razılıq almadan təqdim edən məlumat təchizatçılarının sırasına mobil telefon operatorları da daxil edilir.
Publika.az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin oktyabrın 22-də keçiriləcək iclasının gündəliyinə daxil edilən "Kredit büroları haqqında" Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Bununla da mobil telefon operatorları müştəriləri olan kredit tarixçəsi subyektlərinin məlumatlarını onların razılığı olmadan kredit bürolarına təqdim edə biləcəklər.
Qeyd edilib ki, bu, kredit təşkilatlarından kredit götürmək üçün müraciət edən şəxslərin ödəmə qabiliyyətini və borc öhdəliklərinin icra intizamını qiymətləndirmək imkanını artıracaq.
Hazırda analoji qayda (müvafiq məlumatların təqdim olunması üçün razılığın tələb olunmaması) kommunal xidmətləri göstərən müəssisələrə tətbiq olunur.
Layihəyə əsasən, kredit bürosuna verilən neqativ məlumatlar (kredit tarixçəsi subyektinin borc öhdəliyinin yarandığı vaxtdan onun ödəmə qabiliyyətini və borc öhdəliyinin icra intizamını mənfi xarakterizə edən hər hansı məlumat) barədə bildirişlər kredit tarixçəsi subyektinə kredit bürosu tərəfindən ötürüləcək. Bu dəyişikliyə əsasən, kredit tarixçəsi subyekti onun barəsində kredit bürosuna daxil olan neqativ məlumatla bağlı ödənişsiz bildiriş almaq hüququna malik olacaqdır. Bildirişə neqativ məlumatı verən məlumat təchizatçısı barədə məlumat daxil ediləcək. Nəticədə borcalanlar hər hansı ehtiyatsızlıqdan, vaxt məhdudiyyətindən və s. oxşar xarakterli səbəblərdən yaranan neqativ məlumatlar barəsində xəbərdar olaraq, onları vaxtında aradan qaldıra biləcəklər.
Qeyd edilib ki, qanun layihəsi kredit bürolarında toplanan məlumatların dairəsini genişləndirilərək kredit tarixçəsi subyektlərinin ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının daha geniş məlumatlar əsasında qiymətləndirilməsi imkanlarını artıracaq, həmçinin borcalanların onlar barəsində yaranan neqativ məlumatlar barəsində məlumatlandırılması təmin ediləcək və bu əsasda borcalanlar öz borclarını daha effektiv idarəetmə imkanları əldə edəcəklər.
-
ABŞ15 İyul 23:55ABŞ İrana qarşı növbəti zərbələr dalğasına başladı
-
Nida Xəbər 15 İyul 22:32Milli Məclis təsdiqlədi - Bu dövlət rüsumu 50 manat oldu
-
Magazin115 İyul 21:00Azərbaycanlı aktrisa ana oldu
-
Ekopublika.az15 İyul 20:24Azərbaycan neftinin ən iri idxalçıları - Siyahı
-
Hadisə15 İyul 20:12Nəzarətsiz ərazidə 22 yaşlı gənc batdı
-
Kriminal15 İyul 19:20Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?
-
Dünya15 İyul 17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
-
Rəsmi xronika15 İyul 16:02İlham Əliyev sərəncam imzaladı





































