Elon Mask gizli şəkildə respublikaçılara on milyonlarla dollar bağışladı
Bizi izləyin

ABŞ

Elon Mask gizli şəkildə respublikaçılara on milyonlarla dollar bağışladı

Amerikalı milyarder İlon Mask dəstək fondunun açıldığını açıq elan etməzdən əvvəl gizli şəkildə on milyonlarla dollar ianəni Respublikaçılar Partiyasına köçürüb.

Publika.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" (WSJ) məlumat yayıb.

Nəşr qeyd edib ki, 2024-cü ildə sürətli siyasi transformasiyaya məruz qalan sahibkar respublikaçıların namizədlərinin maliyyələşdirilməsində önəmli gücdür. Əlavə olunub ki, 2022-ci ilin payızında Mask kampaniyaya 50 milyon dollardan çox ianə verib. 2023-cü ildə sahibkar Florida qubernatoru Ron DeSantisin kampaniyasına 10 milyon dollar bağışlayıb.

Mənbələr iddia edir ki, Respublika Partiyasının məsləhətçiləri və hüquqşünasları əməliyyatlar apararkən sahibkara heç bir iz buraxmamaqda kömək ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm