ABŞ
ABŞ Hərbi Dəniz Qüvvələrini sarsıdan hadisə: Görün nə aşkarlandı
ABŞ sualtı qayıqlarında və təyyarə gəmilərində problemlər aşkar edilib.
Publika.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri “Newport News” Gəmiqayırma Zavodunda inşa edilən gəmilərdə aşkar edilən şübhəli qaynaq qüsurları ilə bağlı araşdırmaya başladığını açıqlayıb.
ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Karlos Del Toronun 3 oktyabr tarixli hesabatında bu problemlərinin həm istismarda olan, həm də tikilməkdə olan 26 gəmiyə təsir edə biləcəyi bildirilib.
Del Toro hesabatında şübhəli qüsurların ABŞ Hərbi Dəniz Qüvvələrinin əməliyyatlarına təsir etməyəcəyini, lakin müqavilənin pozulması kimi iddialar üçün hüquqi variantların araşdırıldığını açıqlayıb.
İstintaqın Ədliyyə Nazirliyinə təhvil verildiyi bildirilsə də, bu çərçivədə mümkün işlərin araşdırılmasına başlanıldığı diqqətə çatdırılıb.
Sentyabrın 24-də şübhəli mənbələrdən ilk dəfə məlumat alan Hərbi Dəniz Qüvvələri tikilməkdə olan yeni gəmilərdə də eyni prosedur pozuntularının olub-olmadığını araşdırır.
Bu prosesin yaxın günlərdə başa çatdırılması gözlənilir. Sözügedən qaynaq qüsurları xidmətdə olan üç gəmidə aşkar edilib: “USS George Washington (CVN-73)”, “USS Hyman G. Rickover (SSN-795)”və “USS New Jersey (SSN-796)”.
Aysel
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi