ABŞ
Bizi ləngitdilər - Obama ailəsi Melaniya Trampı Ağ Evə buraxmırmış
ABŞ-ın keçmiş birinci xanımı Melaniya Trampın yeni xatirə kitabı işıq üzü görüb. Melaniya ailəsi haqqında və siyasi təfərrüatlardan az danışır. O, Ağ Evi təmir etdirməsi ilə bağlı xatirələrə də çox az yer ayırıb.
Publika.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Keçmiş birinci xanım yazır ki, o, "havada laqeydlik hissi" olan evi, yəni "Ağ Evi"i təmir etmək fürsətindən zövq alıb, lakin Obama ailəsi prosesi çətinləşdirib. Melaniya Tramp öz xatirələrində Ağ Evə köçməkdən danışıb. O, "protokollar və siyasət"in inkişaf planlarına mane olduğunu söyləyib.
O qeyd edib ki, ailəsi arzuladıqları kimi dekabr ayında binaya girə bilməyib.
"Biz evə köçmək üçün əlverişli vaxt təyin etmək istədik, lakin protokola uyğun olaraq bir neçə həftə ərzində Obama ailəsindən heç bir cavab almadıq, planlaşdırma prosesi ləngidi və yalnız inauqurasiyadan sonra biz artıq Ağ Evdə olanda mən təmir işlərinə başlaya bildim”, - deyə Melaniya yazıb.
Nyu-York dizayneri Tam Kanhalihamın köməyi ilə ABŞ-ın keçmiş birinci xanımı müxtəlif otaqları, tennis pavilyonunu və qızılgül bağını təmir edib.
Adəm
-
Region00:36
İranda məcburi hicaba etiraz edən tələbə qız SOYUNDU - VİDEO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Mənasız məsələlər az sonra ciddiləşəcək
-
Region2 Noyabr 23:48
Türkiyə yenə SİLKƏLƏNDİ
-
Sosial2 Noyabr 22:24
Azərbaycanlı blogerdə xərçəng aşkarlandı - FOTO
-
İdman2 Noyabr 21:36
"Mançester Siti" sensasiyalı şəkildə MƏĞLUB OLDU
-
ABŞ2 Noyabr 21:00
Bu məktəbə süpürgəçinin adı verildi - FOTO
-
Elm və təhsil2 Noyabr 20:36
Bəzi müəllimlər cinsiyyətə aid dərsləri keçmirlər - SƏBƏB NƏDİR?
-
İdman2 Noyabr 20:24
MBA tarixində belə şey olmamışdı - Yokiçdən unikal rekord