ABŞ
Kamala Harris rekord məbləğ topladı
Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Kamala Harris üç aydan az müddətdə seçki kampaniyasında 1 milyard dollardan çox pul toplayıb.
Publika.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) üç mənbəyə istinadən məlumat yayıb.
Bildirilir ki, ABŞ tarixində heç bir prezidentliyə namizəd belə qısa müddət ərzində bu qədər pul yığmayıb.
Qəzet qeyd edir ki, Harrisin topladığı məbləğ onun Respublikaçı rəqibi Donald Trampın bütün 2024-cü ildə toplaya bildiyi məbləğdən çoxdur.
Rəsmi açıqlamalardan əldə edilən hesablamalara görə, Tramp təxminən 853 milyon dollar toplayıb.
Qəzetin yazdığına görə, Kamala Harrisin topladığı pula onun kampaniyası üçün partiya komitələrindən, o cümlədən Demokratlar Partiyasının Milli Komitəsindən ayrılan vəsait daxildir. Onlar əsasən televiziya və onlayn reklamlara, həmçinin partiya ofislərinin və işçilərinin işinə sərf olunur.
Demokrat Partiyası hələ sentyabrda nə qədər pul yığdığını rəsmən açıqlamayıb.
Adəm Abbaslı
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi