ABŞ
Bayden Almaniyaya bu tarixdə gedəcək
ABŞ Prezidenti Cozef Baydenin “Milton” qasırğası ilə əlaqədar Almaniyaya təxirə salınan səfərinin yeni tarixi elan olunub.
Publika.az Almaniya mətbuatına istinadla xəbər verir ki, Cozef Baydenin oktyabrın 18-də Berlinə səfər edəcəyi bildirilib. Səfər çərçivəsində Birləşmiş Ştatların dövlət başçısının Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Kansler Olaf Şoltsla görüşləri nəzərdə tutulub.
Bu, Cozef Baydenin dördillik prezidentliyi dövründə Berlinə ilk səfəri olacaq. O, 2022-ci ildə Bavariyadakı Elmau şəhərində keçirilən G7 Sammitində iştirak etmişdi. Prezident, həmçinin ötən il oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra İsrail səfərindən qayıdarkən prezident təyyarəsinə (Air Force One) yanacaq doldurulması üçün Rammşteyn şəhərindəki ABŞ hərbi bazasında olmuşdu.
Xatırladaq ki, Cozef Bayden oktyabrın 10-dan 12-dək planlaşdırılan səfərini Florida ştatında tüğyan edən “Milton” qasırğası ilə əlaqədar təxirə salmışdı. Qasırğa nəticəsində ABŞ iqtisadiyyatına təxminən 50 milyard dollar ziyan dəyib.
-
Magazin205:45
Bu ilin parlaq ulduzları: siyahıda kimlər var? - FOTO
-
Hadisə04:44
Xaçmazdan ACI XƏBƏR: ölənlərin sayı artdı - YENİLƏNDİ
-
Sosial03:13
Dönərlə bağlı yeni qaydalar təsdiqləndi: qiymətlər qalxacaq? - VİDEO
-
Sosial02:42
Vətən müharibəsi iştirakçısı vəfat etdi
-
Magazin100:30
Röya Ayxan səhnə tərzi ilə göz qamaşdırdı - VİDEO
-
İdman00:15
İspaniya klubunun qapıçısı Azərbaycana GƏTİRİLİR
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Ciddi səhvlərə yol verə bilərsiniz
-
Sosial5 Noyabr 23:48
Sabah bu rayonun bəzi əraziləri QAZSIZ QALACAQ