Onlar Rusiya və Çindən də təhlükəlidir - Trampdan şok ittiham
Bizi izləyin

ABŞ

Onlar Rusiya və Çindən də təhlükəlidir - Trampdan şok ittiham

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ona qarşı çıxan, onun fəaliyyətini araşdıran demokratları və digərlərini “daxili düşmən” adlandırıb. Onların ABŞ-ın əsas xarici rəqibləri, o cümlədən Rusiya və Çindən daha təhlükəli olduğunu bildirib.

Publika.az xəbər verir ki, o, bu barədə “Fox Business” telekanalına müsahibəsində danışıb.

Tramp Senatda o zamankı prezidentin ilk impiçment mühakiməsinin baş prokuroru olan konqresmen Adam Şiff kimi "içimizdə olan çılğın insanlar" adlandırdığı şəxsləri xüsusi qeyd edib.

Aparıcı Maria Bartiromo Trampdan mümkün ikinci müddətdə onu sarsıtmağa cəhd edə biləcək bürokratlarla necə davranacağını soruşub.

“Mən həmişə deyirəm ki, bizim iki düşmənimiz var”, - deyə Tramp cavab verib.

“Bizim xarici düşmənimiz kimi, daxili düşmənimiz də var. Daxili düşmən, məncə, Çindən, Rusiyadan və bütün bu ölkələrdən daha təhlükəlidir", - deyib.

“Ağıllı prezident” xarici düşmənlərlə “çox asan” davrana bilər, lakin “ən çətin şey bizim içərimizdə olan Adam Şiff kimi çılğın insanlardır. Mən ona daxildəki düşmən deyirəm", - ABŞ-ın keçmiş prezidenti əlavə edib.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm