Diddinin 16 yaşlı qurbanı hər şeyi danışdı: "Məcbur etdi ki..."
Bizi izləyin

ABŞ

Diddinin 16 yaşlı qurbanı hər şeyi danışdı: "Məcbur etdi ki..."

Seksual zorakılıq və insan alverində şübhəli bilinən “Diddy” və “Puff Daddy” ləqəbli amerikalı reper, prodüser Şon Kombsa qarşı altı yeni ittiham irəli sürülüb. Sənətçinin ən gənc qurbanının cəmi 16 yaşı var var.

Publika.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Nyu-Yorkun Cənub Dairəsinin federal məhkəməsində Diddi tərəfindən zorlama, cinsi təcavüz və zorakılıq iddiaları ilə bağlı iddialar qaldırılıb. İddiaların anonim olduğu bildirilsə də, qurbanlar arasında iki qadın və dörd kişi olduğu məlum olub.

Onlar 1995-2021-ci illər arasında zorakılığın qurbanı olduqlarını qeyd edirlər. Bütün cinayətlər reperin bədnam “ağ parti”lərində törədilib. Məlum olub ki, Diddinin ən kiçik qurbanı 16 yaşlı oğlan olub. Onun sözlərinə görə, Diddi şənlik zamanı onu soyunmağa məcbur edib və cinsiyyət orqanına toxunub.

İkinci qurban isə deyib ki, 2006-cı ildə reper ona narkotik maddə verib, bundan sonra ətrafında nə baş verdiyini anlamayıb. Diddi onu furqona mindirib və zorlayıb. Üçüncü şəxs iddia edir ki, sənətçi 2008-ci ildə ona hücum edib və onu Manhetten univermağındakı anbarda intim münasibətə məcbur edib.

Sonuncu şəxs şənlik zamanı tərkibində narkotik maddə olan içki içdiyini bildirib. Bundan sonra zərərçəkən özünü itirəndə ifaçı orada olan digər şəxslərlə birlikdə ona təcavüz edib. Zərərçəkmiş bildirib ki, 2004-cü ildə Da Band fotosessiyası zamanı Diddi onu sonradan partiyə dəvət edib. Orada ona qarşı zorakılıq edib. İkinci qadın bildirib ki, 9 il əvvəl reper onu döyüb, sonra hamamda zorlayıb.

Qeyd edək ki, Diddi hazırda həbsdədir. Məhkəmə 2025-ci ilin may ayına təyin edilib. Reper günahsız olduğunu iddia edərək bütün ittihamları rədd edir. Yuxarıda qeyd olunan 6 ittihamla yanaşı, ümumilikdə 120 nəfər sənətçini məhkəməyə verib. Onlar onu cinsi zorakılıqda ittiham ediblər, hadisələr zamanı bu şəxslərdən 25-i azyaşlı olub.

Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm