ABŞ
Harrisdən qaradərililərə vəd: Marixuana qanuni olacaq
ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris inandırmaqda ən çox çətinlik çəkdiyi seçici qruplarından biri olan qaradərili kişilər üçün marixuananın leqallaşdırılmasını ehtiva edən vədlər paketini açıqlayıb.
Publika.az xəbər verir ki, “Qara kişilər üçün fürsət planı” kimi təqdim edilən paketə qaradərili sahibkarlar üçün kreditlərin verilməsi, daha çox vəzifələrinin yaradılması, marixuananın leqallaşdırılması, həmçinin kriptovalyuta bazarlarına sərmayə qoyan qaradərililəri daha yaxşı qorumaq üçün qaydalar daxildir.
Demokrat namizədin vədlər paketi qaradərililərin Harrisə və ya onun rəqibi Respublikaçı namizəd Donald Trampa səs vermək əvəzinə seçkiyə getməyəcəyi ilə bağlı narahatlıqların artdığı bir vaxta təsadüf edir. Ötən həftə ABŞ-ın 44-cü prezidenti Barak Obama da qaradərililərin Harrisə qarşı qərəzli olduqlarını və səs verməmək üçün bəhanələr gətirdiklərini söyləyib.
Aysel Şahmar
-
MDB04:28
Ukrayna TƏHLÜKƏDƏ: Rusiya bu raketlə vuracaq
-
Magazin203:19
Məşhur aktyor vəfat etdi
-
Dünya01:40
SEPAH generalı ABŞ səfirliyinə sığındı
-
İdman01:20
Şok iddia: Sadıqov ev dustaqlığındadır
-
Qoroskop00:40
Günün qoroskopu: gəlirlərinizi artırmaq şansınız olacaq
-
Ekopublika.az11 Dekabr 23:47
Ev almaq istəyənlərin nəzərinə! - Bu ərazilərdə qiymətlər bahalaşacaq
-
İdman11 Dekabr 23:35
“Forbes” “top-10”-u açıqladı: Ən çox qazananlar kimlərdir?
-
İKT11 Dekabr 22:38
Sosial şəbəkələrə nə oldu?