NATO-nun baş katibi Rusiya ilə bağlı bu sualı cavablandırmadı
Bizi izləyin

ABŞ

NATO-nun baş katibi Rusiya ilə bağlı bu sualı cavablandırmadı

Şimali Atlantika Alyansı Rusiya Federasiyası ilə gələcək münasibətlərin strategiyasını müzakirə edir.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte blokun müdafiə nazirlikləri rəhbərlərinin Brüsseldə keçirilən iclası başlamazdan əvvəl bildirib.

“Məsələ Rusiya ilə münasibətlərin necə qurulmasıdır, bu, bu gün xarici işlər nazirlərinin görüşündə də müzakirə olunacaq, 2025-ci ildə Haaqada keçiriləcək sammitdə də bu məsələ qaldırılacaq”, - o deyib.

Rutte bildirib ki, o, hələlik "nəticələri gözləmək istəmir, lakin belə bir müzakirə davam edir". O, həmçinin media nümayəndələrinin Şimali Atlantika Alyansının Rusiyanı “düşmən” və ya “rəqib” hesab etməsi ilə bağlı suallarına cavab verməyib.

Bununla yanaşı, Rutte Rusiya ilə Qərb hərbi-siyasi bloku arasında keçmişdə keçirilən sammit görüşlərinin yaxın gələcəkdə mümkün olma ehtimalı barədə fikir bildirib.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm