ABŞ
“Washington Post” 36 illik ənənəni pozdu: Heç bir namizədi dəstəkləməyəcək
“Washington Post” (WP) qəzetinin sahibi Ceff Bezos qəzetin 36 illik ənənəsini pozaraq, ölkədəki prezident seçkilərində heç bir namizədi dəstəkləməmək qərarını verib.
Publika.az xəbər verir ki, Bezos reaksiyalardan sonra verdiyi açıqlamada qəzetin prezidentliyə namizədi dəstəkləməsinin seçkilərə kritik təsir göstərmədiyini deyib.
Şirkət prezident seçkilərində heç bir namizədi dəstəkləməmək qərarına gəldikdən sonra redaksiyadan 3 nəfər istefa verib.
ABŞ Milli İctimai Radiosunun (NPR) hesabatında qərardan sonra təxminən 200 min rəqəmsal abunəliyin ləğv edildiyi iddia edilib.
Amerika mətbuatında prezident seçkiləri öncəsi media ənənəvi olaraq təşkilatların özlərini yaxın hiss etdikləri prezidentliyə namizədə dəstək elan etmələri “münasibət bəyanatı” kimi qəbul edilir.
Bəzi ekspertlər qeyd edirlər ki, ABŞ-da dərinləşən siyasi parçalanma və medianın üzləşdiyi iqtisadi çətinliklər səbəbindən milli qəzetlər hər hansı prezidentliyə namizədi dəstəkləməklə öz abunəçilərinin bir hissəsini itirmək riskindən qaçmaq istəyirlər.
Aysel Şahmar
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü