ABŞ
Tramp SƏS VERDİ: "Eşitdim ki..."
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp prezident seçkilərində “böyük qələbə” qazanacağına ümid etdiyini bildirib.
Publika.az CNN-ə istinadla xəbər verir ki, o, bu barədə Florida ştatının Palm-Biç şəhərindəki seçki məntəqəsində səs verdikdən sonra açıqlama verib.
"Deyəsən, respublikaçılar özlərini tam gücü ilə göstərdilər. Gəlin görək bundan nə çıxacaq. Hər şeyin çox yaxşı olduğunu eşitdim", - Tramp deyib.
Onun fikrincə, ABŞ problem içində olan böyük bir ölkədir və onu düzəltmək lazımdır. Respublikaçı seçki gününə “böyük üstünlüklə” girdiyini qeyd edərək, qalib gəlmək şanslarına əmin olduğunu bildirib.
Xatırladaq bu gün - noyabrın 5-də ABŞ-da 60-cı prezident seçkiləri başlayıb. Hazırkı vitse-prezident Kamala Harris bu vəzifəyə Demokratlar Partiyasından namizədliyini irəli sürür. Ağ Evin keçmiş rəhbəri Donald Tramp Respublikaçılar Partiyasının namizədi olub. Co Bayden prezidentlik yarışından imtina etdikdən sonra 78 yaşlı Tramp bu posta ən yaşlı namizəd olub. Siyasətçi qalib gəlsə, bu, onun ikinci müddətinə çevriləcək, o zaman qanuna görə yenidən prezidentliyə namizəd ola bilməyəcək.
Hüseyn İbadlı
-
Nida Xəbər 16:21Çavuşoğlundan Bakıda sülh mesajı: Müharibənin bitməsi kifayət deyil
-
Rəsmi xronika15:35İlham Əliyev Vladimir Putinə zəng etdi
-
İdman11:39“Miss Almaniya” rinqə çıxır - FOTOLAR
-
Dünya11:03Türkiyə bu ölkədə gücünü artırır: Hərbi baza qurulur - Ankara niyə hərəkətə keçdi?
-
Rəsmi xronika10:21Prezident: Ermənistan buna şərait yaratmalıdır
-
Maraq dünyası09:425 gün sonra dünya yox olacaq - Allahı və İsanı görən şəxs dedi
-
Hadisə08:54Bakıda ağır qəza: "SOCAR"ın avtomobili ilə toqquşdu - VİDEO
-
Avropa07:30Cek Nikolsonun baltası yenidən hərraca çıxarıldı













.jpg)



.jpg)


.jpg)
















.jpg)


