Netanyahu və Tramp Qəzza zolağındakı vəziyyəti müzakirə etdilər
Bizi izləyin

ABŞ

Netanyahu və Tramp Qəzza zolağındakı vəziyyəti müzakirə etdilər

İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp arasında telefon danışığı olub, onlar Yaxın Şərq regionunda vəziyyəti müzakirə ediblər.

Publika.az xəbər verir ki, bu barədə Netnayahunun ofisinin müşaviri Dmitri Gendelman bilirib.

Onun sözlərinə görə, söhbət dekabrın 14-ü axşam saatlarında olub.

“Söhbət zamanı onlar digər məsələlərlə yanaşı, oğurlananların geri qaytarılması səylərini, həmçinin Suriya və Qəzzada regional hadisələri müzakirə ediblər”, - deyə Gendelman "Telegram" kanalında yazıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm