İdman
Salahdan möhtəşəm nəticə: Düz 100 dəfə…
“Liverpul”un vingeri Məhəmməd Salahın İngiltərə çempionatının 16-cı turunun “Fulhem”lə matçında (2:2) məhsuldar ötürmə edib.
Publika.az xəbər verir ki, bu, onun mersisaydlılar üçün bütün turnirlərdə 100-cü ötürməsi olub. Bu barədə “Opta Sport” məlumat yayıb. Misirli futbolçu bu mövsüm 13 məhsuldar ötürmə edib.
Bu da 2024/2025 mövsümündə Premyer Liqada ən yaxşı nəticədir.
Salah 2017-ci ildən “Liverpul”da çıxış edir. Bu müddət ərzində o, bütün yarışlarda 372 matçda iştirak edib və 227 qol vurub. Futbolçunun əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 55 milyon avrodur.
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO







.jpg)













.jpg)











