Nida Xəbər
Milyonlarla dollarlıq tankları və zirehli texnikanı ucuz qiymətə məhv etməyin yolu - Bu silahın əhəmiyyəti artır
Pilotsuz uçan apartların (PUA) müasir müharibələrdə rolu artıb. Azərbaycan ordusu İkinci Qarabağ müharibəsi zamanı PUA-lardan geniş şəkildə istifadə etdi. Azərbaycan ordusu sürətlə irəliləyərkən, dronlar da separatçılara zərbələr endirirdi. İnternetdə indiyənə qədər həmin görüntüləri izləmək olar.
Publika.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsi zamanı yeni formalaşan Azərbaycan ordusu erməni separatçılarının mövqelərini öyrənmək üçün təmas xəttinin o biri tərəfinə kəşfiyyatçıları göndərirdisə və bunun böyük riskləri var idisə, ikinci müharibədə kəşfiyyat məlumatlarını toplamaq məqsədilə dronlar istifadə edilməyə başlanıldı:
"Azərbaycanın təcrübəsi müxtəlif ölkələrin hərbi qurumlarında öyrənilir.
Rusiya-Ukrayna müharibəsində də dronlardan geniş şəkildə istifadə olunur. Milyonlarla dollar qiyməti olan tankları və zirehli texnikanı daha ucuz qiymətə hazırlanan dronlar vasitəsilə məhv etmək mümkündür. Hazırda Rusiya və Ukrayna arasında qarşılıqlı zərbələrin əksəriyyəti dronlar vasitəsilə həyata keçirilir. Eyni anda havaya yüzlərlə dron qaldılır, onların əksəriyyəti hava müdafiə sistemləri vasitəsilə neytrallaşdırılsa da, hədəfə dəyənlər də az deyil.
Müharibə yeni başlayanda Rusiyanın keyfiyyətli dronları olmadığından Kreml İrana müraciət etdi. Bundan sonra İran texnologiyaları əsasında Rusiya ərazisində dron istehsal edən zavod fəaliyyətə başladı. Ukraynanın özü də müharibənin ilk günlərində dronları Türkiyədən alırdı. Həmin dronlar yüksək keyfiyyətə malik olduğunu İkinci Qarabağ Müharibəsində sübut etmişdi. Müharibənin üçüncü ilində Ukrayna müxtəlif modifikasiyalı dronlar istehsal edir".
Elxan Şahinoğlu bildirib ki, dronların əhəmiyyətinə dair sonuncu nümunə Suriyadır:
"Silahlı müxalifət uzun müddət İdlib şəhərinə sığınmışdı. Əsəd ordusu Rusiya və İranın dəstəyi ilə müxalifətin daha geniş əraziləri nəzarətə götürməsinə imkan vermirdi. “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşmasının sürətlə irəliləməsində Rusiya, İran və “Hizbullah”ın obyektiv səbəblərdən Əsədə dəstəklərinin zəiflməsinin rolu oldu. Ancaq müşahidəçilər HTŞ-nin Hələbi ələ keçirməsində PUA-lardan istifadənin də rolunun olduğunu bildirirlər. HTŞ dronlar vasitəsilə Əsəd qoşunlarının Hələb və ətrafındakı mövqelərinin zəiflədiyini görərək, məhz bundan sonra hücum qərarı verib.
Dronlar yalnız müharibələrdə istifadı olunmur. Müxtəlif dövlətlər başqa dövlətlərin sirlərini öyrənmək üçün də dronlardan istifadə edir. Çin vətəndaşının ABŞ-ın Kaliforniya ştatında yerləşən hərbi bazası üzərinə dron qaldırdığına dair məhkəmə işi bu gün də davam edir. 39 yaşlı Çin vətəndaşı ABŞ-ın San-Fransisko şəhərindən ölkəsinə qayırdarkən, hava limanında həbs olunub. Çinlinin çantasından dron vasitəsilə çəkilmiş hərbi bazaya aid şəkillər və görüntülər aşkarlanıb. Həmin bazadan İlon Maska məxsus raketlərin kosmik uçuşları da həyata keçirilir.
Ötən il isə ABŞ səmasında Çinə məxsus kəşfiyyatçı şarlar aşkar edilmişdi. Bu hadisə böyük qalmaqala səbəb olmuş, ABŞ Prezidenti Co Bayden Çin lideri Si Cinpinlə əvvəlcədən razılaşdırdığı görüşü təxirə salmışdı. Bu səbəblərdən bir sıra ölkələr PUQ satışlarının qanunvericiliklə tənzimlənməsinə çalışır".
-
Magazin218:48
Serenay ən seksual qadın oldu - FOTO
-
Ekologiya18:24
Küləkli hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ
-
Kriminal17:25
Keçmiş arvadını və övladlarını qumbara ilə partladıb öldürmək istədi - TƏFƏRRÜAT/VİDEO
-
Səhiyyə16:35
Azərbaycanlı həkim xərçəngdən vəfat etdi - Foto
-
Nida Xəbər 16:25
Milyonlarla dollarlıq tankları və zirehli texnikanı ucuz qiymətə məhv etməyin yolu - Bu silahın əhəmiyyəti artır
-
MDB15:35
Kerç boğazında batan tankerin heyəti xilas edildi: ölən var - VİDEO/YENİLƏNİB
-
Magazin214:55
Çağatayla 7 il eşq yaşamışdı: bu dəfə professorla sevgilidir - FOTOLAR
-
Hadisə13:10
Qubada evdə PARTLAYIŞ oldu: xəsarət alan var - FOTO